Yuxarı

Abşeronda şəhidimizin doğum günü qeyd edilldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeronda şəhidimizin doğum günü qeyd edilldi

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinbə yüksələn, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Rüstəm Fərman oğlu Turabovun anadan olmasının 24-cü il dönümü qeyd edilib.

Axar.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev və şəhidin ailə üzvlərilə birgə şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Abşeron RİH başçısının müavini Gülnar Rəhimova daha sonra şəhidimizin əvvəllər yaşadığı Güzdək qəsəbəsindəki evinə gələrək onun ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

Şəhid ailə üzvləri də dövlət səviyyəsində onlara hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tarix
2022.09.22 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla