Yuxarı

DYP-dən Anım Günü ilə bağlı vətəndaşlara müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən Anım Günü ilə bağlı vətəndaşlara müraciət

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib.

Axar.az xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlamasında vətəndaşlarımız paytaxtın, xüsusilə II Fəxri və Şəhidlər Xiyabanı, eyni zamanda, Dağüstü park istiqamətinə səfərlərin çox olacağını nəzərə almalarını bildirib.

“Bildiyiniz kimi, sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ölkəmizdə hər il qeyd olunur. Şəhidlərimizi dərin minnətdarlıq hissi ilə anırıq!

Vətəndaşlarımızdan xahiş edirik ki, II Şəhidlər Xiyabanı və Dağüstü park istiqamətinə gedərkən əsasən ictimai nəqliyyata üstünlük versinər. Hər iki istiqamət şəhərin mərkəzi küçələridir, parklama imkanları isə məhdud olduğu üçün sıxlığın yaşanması ehtimal olunur.

Xahiş edilir ki, ziyarətçilər əraziyə gedərkən şəxsi minik nəqliyyat vasitələrinə üstünlük verməsinlər. Sürücülər nəzərə alsınlar ki, buraya üz tutan insanların sayı çox olacaq. Əməkdaşlarımız səhərdən axşamadək, yəni ziyarət bitənədək ərazidə, yollarda hərəkətin tənzimləmək üçün lazımi tədbirləri görəcək.

Bir daha xahiş edirik ki, şəxsi avtomobillərə üstünlük verməyin. Ərazi şəxsi avtomobillərlə gəlmək üçün uyğun deyil. Burada nəqliyyat vasitələrini saxlama imkanları azdır. Ziyarətçilərin ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik”, - DYP rəsmisi vurğulayıb.

Tarix
2022.09.26 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla