Yuxarı

Şəhidin qardaşına istisna hal kimi status verilə bilərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhidin qardaşına istisna hal kimi status verilə bilərdi

Qanunvericiliyə hansısa dəyişiklik və istisnalar əlavə etmək gərəkdirsə, müvafiq komitə, yaxud nazirlik Milli Məclisə təklif verməlidir. Biz bunu təcili qəbul edə bilərik. Orada qeyd oluna bilər ki, qanun bu vaxta qədər olan hallara da şamil olunsun. Bu məsələ onda öz həllini tapa bilər.

Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa Səbuhi Əhmədovun qardaşına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailəsi status verilməməsi haqqında danışarkən deyib.

“Bu məsələni 5-6 ay öncə Milli Məclisdə qaldırmışdım. Belə ki, şəhid bacı-qardaşları əgər onların himayəsində yaşayıbsa və başqa varisləri yoxdursa, onda varis kimi tanınsın, eyni səlahiyyətlər onlara da verilsin. Ancaq məsələ gündəmdə tutulmadı və qanunvericilidə dəyişiklik edilmədi. Çünki qanunvericilikdə formal olaraq bunu istisna edən müddəalar var. Çox güman ki, nazirlik bu məsələdə həmin maddələrə istinad edir.

Amma istisna qayda ilə bunu həll etmək mümkün idi. Şəhidin qardaşı evlidirsə, iki otaqlı evin verilməsi adi bir şeydir. Çünki bu məsələdə hər halda vəziyyətə uyğun addım atılmalıdır. Bu kontekstdə Sənana “şəhid ailəsi” statusu verilə bilərdi. Çünki şəhid Səbuhinin başqa heç kimi yoxdur. İstisna qaydalarla bunu həll etmək lazımdır. Bu məsələdə bürokratik maneələr yaratmaq doğru deyil”, - F.Mustafa bildirib.

Tarix
2022.09.29 / 16:52
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla