Yuxarı

İlham Əliyev: İndi bunun əsl zamanıdır!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev: İndi bunun əsl zamanıdır!

Bolqarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərini nəzərə alaraq inanıram ki, bizim biznes cəmiyyətlərimiz üçün qarşılıqlı layihələrdə iştirak etməyin əsl zamanıdır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşündə bildirib.

"Bu gün biz Bolqarıstan Prezidenti və Baş naziri ilə ortaq maraq doğuran bir çox sahələr üzrə danışıqlar aparmışıq, qarşılıqlı əməkdaşlığı genişləndirməyin yollarını müzakirə etmişik. Biz enerji və nəqliyyat sahələri də daxil olmaqla, iqtisadi əlaqələr, ticari əməkdaşlıq sahələrinə toxunduq. Bu sahələr bizim qarşılıqlı əlaqələrimiz, həmçinin regional inkişaf üçün çox mühümdür", - İlham Əliyev qeyd edib.

Dövlətimizin başçısı deyib: “Təbii ki, biz sizi maraqlandıran məsələləri müzakirə edəcəyik. Çünki sizin bu görüşdə iştirakınız ondan xəbər verir ki, ölkəmizi yaxşı tanıyırsınız, inkişafımızı və apardığımız islahatları yaxşı bilirsiniz. Ümid edirəm ki, bu görüşdən sonra siz bizim şirkətlərlə, ölkəmizlə istər investor kimi, istərsə də müqavilələr vasitəsilə çalışmağa daha həvəsli olacaqsınız”.

Tarix
2022.09.30 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla