Yuxarı

Başçı məktəbə gəldi: nə direktor, nə də müəllim var... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı məktəbə gəldi: nə direktor, nə də müəllim var... - Foto

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədi ilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub.

Axar.az xəbər verir ki, bu barədə İcra Hakimiyyətinin Feysbuk səhifəsində məlumat yerləşdirilib.

Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub, təəssüflər olsun ki, məktəbdə nə direktor, nə də müəllim olub.

Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb. Acınacaqlı hal ondan ibarətdir ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.

Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.

Tarix
2022.10.02 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla