Axar.az
Yuxarı

Axar.Az Logo

Dəhşət budur: baxın, ermənilər meyiti necə təhqir edir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni mediası, siyasətçiləri, fəalları 5 erməni əsgərin güllələnməsini əks etdirən videodan Azərbaycana qarşı maksimum istifadə etmək üçün bütün gücünü işə salıb: Erməni ombudsmandan tutmuş nazirlərə, TŞ katibinə, hətta Paşinyana qədər, avropalı siyasətçilərlə yalnız bunu müzakirə etməklə məşğuldurlar.

İş o yerə çatır ki, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bunu dəhşətli adlandırır və deyir: “Əgər bu videonun həqiqət olduğu sübut olunarsa, bu, hərbi cinayətdir, araşdırma aparılmalı və cinayətkarlar cəzalanmalıdır”.

Erməni ombudsman Kristina Qriqoryan isə bildirir ki, videonun həqiqət olduğu artıq təsdiqlənib (? – red.), hadisə 13 sentyabrda baş verib.

Video artıq Azərbaycan Hərbi Prokurorluğu tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır. Əlbəttə ki, hər hansı cinayət faktı olarsa, buna ilk növbədə Azərbaycan özü hüquqi qiymət verəcək.

Ancaq elə ombudsman Qriqoryanın da hallandırdığı “13 sentyabr” məsələsindən başlayaq.

12 sentyabrdan 13 sentyabra keçən gecə Ermənistan ordusu dəhşətli təxribat törədərək, Ordumuzun onlarla əsgərini qətlə yetirmişdi, hərbi və mülki infrastruktura ziyan dəymişdi. Buna cavab olaraq Azərbaycan Ordusu cəza əməliyyatına başlamışdı və erməni postlarını darmadağın edirdi.

Heç kim unutmasın ki, cavab əməliyyatına başlayan əsgərlərin qucağındaca cəmi 1-2 saat öncə qardaşları, əsgər yoldaşları erməni xəyanətinin nəticəsində can vermişdilər; yatdığı kazarmada və yaxud heç bir döyüş olmadığı halda ağır artilleriya və iriçaplı silahlarla atəşə tutularaq, şəhid edilən onlarla əsgərin intiqamını almaq üçün hücuma keçən Azərbaycan Ordusunun əsgərləri nə etməli idilər?

Videoda erməni postunun yüksəklikdə yerləşdiyi, yaxşı müdafiə imkanı olduğu açıq-aşkar görünür. Əsgərlərimizi şəhid edən o postun ələ keçirilməsində nə qədər itki vermişik? O postdakı ermənilər neçə əsgərlərimizi şəhid edib?

Siz əsgərlərimizin psixoloji durumunu heçmi düşünmürsünüz?

Səslərindən də görünür ki, posta əsgərlərimiz yeni giriblər və ermənilər bəlkə də son güllələrini atandan sonra əllərini qaldırıblar. Ermənilər ağ bayraq qaldırıb təslim olmuşdular? Döyüşün qızğın çağında, hər tərəfdən güllə yağışının altında olan Azərbaycan əsgəri qan tökə-tökə aldığı postda son dəqiqəyə qədər Azərbaycan əsgərinin qanını tökən düşmən əsgərini əlini qaldırdığı üçün bağışlamırsa, bu, hərbi cinayətdir? Erməni əsgər təxribat törədə, yatdığı yerdə əsgərlərimizi öldürə bilər, postu da alanda əlini havaya qaldırar və əsir düşüb sağ qalar?

Bütün müharibələrdə “əsir götürmürük” deyə bir komanda da olur; əgər Azərbaycan əsgəri əsir götürməyibsə, bu, hərbi cinayətdir?

Hələ güllə atmağa başlayanda komandirin “atmayın” dediyini, bizim əsgərlərdən birinin isə yana-yana nalə çəkdiyini də nəzərə almaq lazımdır: komandir əmr verir, ancaq dostunu, sirdaşını, qardaşını, əsgər yoldaşını itirən əsgərlər özlərini idarə edə bilmirlər.

Azərbaycan əsgəri döyüş gedə-gedə, postda ikən atəş açır - əgər video həqiqət olsa! Fransız əsgəri kimi əsirlərin kütləvi surətdə başlarını kəsib, qucağına götürüb, şəkil çəkdirmir!

13 sentyabrda ən ağır döyüşlər gedirdi və bu da döyüş anıdır: əllərini qaldıran erməni əsirləri kim nəzarətdə saxlayacaqdı? O postu alan əsgərlər faktiki olaraq digər erməni postlardan atəş altındadırlarsa və irimiqyaslı savaşın tən ortasındadırlarsa, necə davranılmalıydılar?

Əgər müharibə cinayəti axtarırsınızsa, budur kadrlar: Azərbaycan əsgərini vəhşicəsinə öldürən ermənilər onların üst geyimlərini soyundurur, daha sonra isə ermənilərdən biri əlinə bıçaq alıb şəhidlərimizin meyiti üzərində işgəncələrlə məşğul olur!

Budur erməni vəhşiliyi, hərbi cinayət, dəhşətli həqiqət! Heç bir döyüş olmadığı halda Azərbaycan əsgərlərinin meyitləri üzərində işgəncə etmək ermənilərin köhnə şakəridir!

Əgər hərbi cinayət və dəhşət axtarırsınızsa, o videoya baxın. Azərbaycan əsgəri şəhidlərə işgəncə verən ermənilərin fəxarətlə yaydığı videoları görəndən sonra ölməmək üçün əlini qaldıran erməni əsgəri güllələyirsə, bu, hərbi cinayət sayılır?

Azərbaycan Hərbi Prokurorluğu o videonu incələyərkən, əsgərlərimizin hansı yanğı, ağrı ilə savaşa atıldıqlarını və qardaşlarını itirdiklərini qətiyyən gözardı etməməlidir!

Azərbaycan XİN isə Ermənistan təbliğatına beynəlxalq qanunlara uyğun cavab hazırlamaq əvəzinə, o dəhşətli kadrları yaymalı, bütün dünyaya göstərməlidir: işgəncə ilə öldürülən Azərbaycan əsgərinin hətta öləndən sonra meyiti üzərində təhqirləri davam etdirmək, bədən üzvlərini kəsmək qəbulediləndirmi Avropa üçün? Avropa Birliyinin xüsusi nümayəndələrinə o videoları göstərin və tələb edin: o videoları görən Azərbaycan əsgəri nə etməli idi?

Ermənini həyata qaytaran əsgərlərimiz də var: hanı o videolar? Niyə dünyaya göstərilmir? Niyə 5 erməninin döyüş zamanı güllələnməsi dəhşətlə qarşılanır? Döyüşdür bu, müharibənin düz ortasıdır, 13 sentyabrdır hələ, atəşkəs-zad yoxdur, hər iki tərəf irimiqyaslı hücumdadır...

5 erməni döyüş zamanı güllələnir və dünya “yerindən” oynayır? Nə var ki, bircə dəqiqə öncə Azərbaycan əsgərinin qanına batan əllərini yuxarı qaldırıblar?

Bu, əsirə işgəncə verilməsi deyil axı! Əsir götürülməyib axı!

Bəs, cəmi 3 gündə 5 azərbaycanlının yalnız minaya düşüb ölməsi və ya xəsarət alması? Bu kimin ayağına yazılır? Mina ilə dinc sakini öldürmək humanizmdir, ancaq döyüş gedərkən erməni əsgəri güllələmək cinayət?

Biz o dəhşətli görüntüləri yaymalıyıq, dünyaya göstərməliyik: qoy dünya özü qərar versin – döyüş gedə-gedə düşmənin gülələnməsi dəhşətlidir, yoxsa əsir götürülən əsgərləri işgəncə ilə öldürdükdən sonra onları soyundurub, bədən üzvlərini kəsməkdən ləzzət alıb, bunu videoya çəkib, yaymaq?

Tarix
2022.10.03 / 13:50
Müəllif
Anar Niftəliyev
Şərhlər
Digər xəbərlər

Çay mədəniyyəti UNESCO-nun siyahısına daxil edildi

Goranboyun Baş planı təsdiq olundu

Qanunsuz ov edən BƏƏ vətəndaşları saxlanıldı

Bakıda onları görəndə dəhşətə gəldim - Aynur Camalqızı

Zakir Həsənov Pakistanın HDQ komandanı ilə görüşdü

Evə basqın edərək, 3 nəfəri öldürən kürəkən tutuldu

Son sutkada neçə nəfər koronaya yoluxub?

Şirvanda əməliyyat: 72 nəfər saxlanıldı - Video

Axar.az-ın Güney versiyası 6 yaşını qeyd etdi

217 kq yararsız məhsul məhv edildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla