Yuxarı

Oğlu oğurlanan millət vəkilinin kimliyi bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğlu oğurlanan millət vəkilinin kimliyi bəlli oldu

Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, oğurlanan şəxs Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovdur.

Qeyd olunur ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var.

Məlumatlı mənbə A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığını bildirib.

Məsələ ilə bağlı deputat Əhliman Əmiraslanovla bir neçə dəfə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.

Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb bizə məlumat verəcəyini desə də, sonradan Ə.Əmiraslanovla əlaqə saxlaya bilmədiyini dedi:

"Zəng etdim, açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam".

Tarix
2022.10.03 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla