Yuxarı

FHN-in sabiq rəisi barəsində cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in sabiq rəisi barəsində cinayət işi açıldı

Fövqaladə Hallar Nazirliyində (FHN) rəis vəzifəsində işləmiş şəxs barəsində cinayət işi başlanılıb.

Bu barədə Axar.az-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə növbəsinin sabiq rəisi İnşallah Nəbiyevin həmin vəzifədə işlədiyi dövrdə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi barədə daxil olan müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla İnşallah Nəbiyevin Salyan rayonun Xalac kənd sakinindən sonuncunun oğlunu FHN-də işə düzələdəcəyini yalandan vəd verərək 3 min 500 manat məbləğində pul vəsaitini alaraq ələ keçirməsinə, bundan sonra cinayət əməlini davam etdirərək oğlunun xidmət yerinin dəyişdirilməsinə köməklik edəcəyini yalandan vəd edərək həmin şəxsdən 2 min manat məbləğində pul vəsaitini almaqla ümumilikdə onun 5 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədilməsi) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Tarix
2022.10.03 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla