Yuxarı

Bakıda maşın oğurlayıb satan şəxs saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda maşın oğurlayıb satan şəxs saxlanıldı - Video

Bakıda VAZ-2107 markalı avtomobili oğurlayaraq satan şəxs tutulub.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai rayon sakini olan bir nəfərin VAZ-2107 markalı avtomobili naməlum şəxs tərəfindən qaçırılıb. Zərərçəkən polisə müraciət edən kimi avtomobilin axtarışlarına başlanılıb.

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri ənməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zəki İsmayılov saxlanılaraq istintaqa təqdim edilib.

O, ifadəsində qaçırdığı avtomobili satdığını deyib. Oğurluq avtomobil polis əməkdaşları tərəfindən tapılaraq sahibinə qaytarılıb.

Faktla bağlı Zəki İsmayılov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, Xətai Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.

Tarix
2022.10.03 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla