Yuxarı

Soydaşlarımız Ağdama nə vaxt qayıdacaq? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soydaşlarımız Ağdama nə vaxt qayıdacaq? – Rəsmi

Gələn il çox sıx tikinti işləri həyata keçiriləcək ki, qısa müddətdə bizim soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar.

Axar.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bütün işlər Əlaqələndirmə Qərargahı ilə planlı şəkildə həyata keçirilir:

“Hesab edirik ki, yaxın 2-3 ilə artıq həm Ağdam şəhərinə, həm ətraf kəndlərə, eləcə də Füzuliyə, Xocavəndə və Tərtərin işğaldan azad olunmuş ərazilərinə soydaşlarımızın Böyük Qayıdışını müşahidə etmək imkanı əldə edəcəyik. Gələn ildən əsas tikinti layihələrimiz başlayır.

Ümid edirik ki, 2024-cü ilin sonuna bu layihələrin hamısı - ən vacibi şəhərin tarixi mədəni mərkəzi ilə bağlı həm yaşayış məhlələri, həm sosial təsisatlar, həm mədəniyyət müəssisələri, həm inzibati mərkəz, həm uşaq bağçaları - həyat üçün tələb olunan bütün sosial infrastruktur hazır olub istifadəyə veriləcək. 2025-ci ildən soydaşlarımızı doğma Ağdam şəhərinə qaytaracağıq”

Tarix
2022.10.05 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla