Yuxarı

Bakıda reklamlar tarixi binaları məhv edir - Memar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərindəki bir çox tarixi binanın üzəri kommersiya reklamları ilə örtüldüyü üçün onların vizual görüntüsü tamamilə itib.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Reklamçılar Birliyinin icraçı direktoru, memar Cahid Həsənov deyib.

Memar bildirib ki, açıq məkan reklamlarına nəzarət edən Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) qəti şəkildə tarixi binalar üzərində reklamların nümayişinə icazə verməməlidir:

“Ancaq onlar vergi yığımına görə buna icazə verir. ADRA bir tarixi bina hesabına müxtəlif ticarət obyektlərinin reklamlarından il ərzində 15-20 min manat gəlir əldə edirsə, bu tarixi binaların örtülməsi nəticəsində dövlət turistlərdən il ərzində 150-200 min manat gəliri itirir.

Digər tərəfdən isə binalar texniki baxımdan zədələnir. Bir sözlə, ADRA yarandığı beş il ərzində tarixi binaları belə reklamlardan tam təmizləməli olduğu halda əksini edib.

Tarixi binaların hamısının birinci mərtəbələri ticarət obyektləri olduğuna görə, aşağı hissəsi reklam libası, yuxarısı isə klassik görkəmə bürünüb. Bu, tarixi abidəyə əlavə “yamaq”dır və eybəcər mənzərədir.

Biz memarlarla bu barədə təklif hazırlasaq da, ADRA məsələnin həlli istiqamətində müzakirələr aparmaq üçün bizi dəvət belə etmədi.

Qeyd edim ki, sözügedən mənzərə Bakının mərkəzi və turistlərin çox olduğu Fəvvarələr meydanı, Azdram ətrafı, Sahil prospekti, Xaqani bağı kimi məkanlarda müşahidə olunur”.

Sözügedən məsələ ilə bağlı saytımıza ADRA-nın mətbuat katibi Hüseyn Azəri aydınlıq gətirib:

“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər. Yəni tarixi binaların üzərində reklam yerləşdirilməsi üçün sahibkarlar Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə (ADRA) müraciət etməlidirlər. ADRA isə öz növbəsində Mədəniyyət Nazirliyinin müvafiq razılığını aldıqdan sonra tarixi binaların üzərində reklam yerləşdirilməsinə icazə verir.

ADRA fasad reklam qurğularının müasir tələblərə cavab verən estetik görünüşü və təhlükəsiz istismarına nəzarəti təkmilləşdirmək, onların yenilənən şəhər infrastrukturu ilə ahəngini təmin etmək üçün beynəlxalq təcrübədən yararlanaraq layihə hazırlayıb. Fasad reklamlarının standartlarını müəyyənləşdirən layihəyə Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları, memar və dizaynerlər, o cümlədən, reklamçılar cəlb edilib. Bakıdakı binaların təsnifatı müəyyənləşdirilərək elektronlaşdırılıb, tarixi binalara vurulacaq fasad reklamlarının eskizləri hazırlanıb. Fasad reklamlarının infrastrukturunun düzgün planlanması, yenilənməsi, həmçinin, istismarı üzrə vahid qaydalar hazırlanaraq, təsdiqlənməsi üçün müvafiq quruma göndərilib. Əgər bu standartlar təsdiq edilərsə, tarixi binalara vurulan zərərin qarşısı alınmaqla yanaşı, onlar üzərindəki memarlıq elementləri daha aydın görünəcək”.

Tarix
2022.10.06 / 13:01
Müəllif
Sayalı Abasova
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla