Yuxarı

Nərminin qətli ilə bağlı ekspert rəyi yoxa çıxıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Axar.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən proses qapalı olub.

Təqsirləndirilən şəxs İlkin Süleymanovun vəkili Zabil Qəhrəmanov bildirib ki, məhkəmə iclasında şəxsi həyata aid məsələlər müzakirə olunduğuna, iş materiallarındakı bu haqda sənədlər araşdırıldığına görə iclas qapalı keçirilib.

Məhkəmədə, həmçinin, İlkin Süleymanovun telefonu ilə bağlı ekspert rəyi tədqiq olunub.

Rəydə göstərilib ki, İlkin Süleymanovun telefonundan internetdə cizgi filmlərinə, porno görüntülərə baxılıb. Vəkillər İlkin Süleymanovun telefonuna müdaxilə edildiyini bildirib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. Bildirib ki, 2020-ci il yanvarın 6-da axşam saat 20:00-dan sonrakı vaxtlarda İlkin Süleymanovun telefonunun harada olduğunu müəyyənləşdirmək üçün mobil operatora sorğu göndərilsin:

"İlkin Süleymanov ifadəsində bildirib ki, yanvarın 6-da axşam saat 20.00 radələrində meyit tapılandan sonra onu da polis şöbəsinə aparıblar, telefonunu əlindən alıblar və o vaxtdan buraxılmayıb. İlkinin əleyhinə tutarlı sübutlar olmadığına görə dolayı sübutlar yaratmağa cəhd göstərilib. Təsəvvür edin, “Tom Cerri”yə cəmi 1 saniyə baxılıb. 1 saniyə ərzində uşağa nəyi göstərə bilərdi? Yaxud işdə bir tərəfdən iddia olunur ki, Nərmin ayın 4-də öldürülüb, amma o biri tərəfdən də ekspert rəy verir ki, yanvarın 5-də də cizgi filminə baxılıb? Ayın 5-də Nərmin öldürülmüşdüsə, nə ehtiyac vardı cizgi filminə baxmağa? Telefonun tədqiq olunması məsələsilə bağlı da suallar var. Telefona giriş üçün parol olub. O parol İlkindən necə alınıb? Müstəntiq prosessual şəxsdir, parolu götürürsə, bu rəsmiləşdirilməlidir”.

Vəkilin sözlərinə görə, prosesdə məlum olub ki, İlkin Süleymanovun işi ilə bağlı Moskvadan alınmış ekspert rəyi iş materiallarında yoxdur. Hansı ki, həmin rəyin işə əlavə olunması haqda protokol var.

Məhkəmə prosesi oktyabrın 12-də davam edəcək.

İttihama görə, Tovuz rayonunun Dindar Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itin düşüb. 2020-ci il yanvarın 6-da onun yanmış meyiti kənd ərazisində aşkar edilib.

Qətldə şübhəli bilinən kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılıb. O Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, İlkin Süleymanov, sinif yoldaşı Şərif Quliyevin qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

Tarix
2022.10.06 / 16:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla