Yuxarı

"Azərsu" Binəqədidə yeni layihənin icrasına başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsu ASC əhalinin içməli su təmiatının yaxşılaşdırılması məqsədilə Bakının Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlayıb.

Qurumdan Axar.az-a verilən məlumata görə, dövlət investisiyası hesabına icra olunan layihə çərçivəsində 4-cü Qapı adlanan ərazidə yaradılan yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi 700-ə qədər ailəni dayanıqlı içməli su ilə təmin edəcək.

Həmin yaşayış massivində indiyə qədər mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi mövcud olmayıb. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib və həmin xətlər də tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Fərdi şəbəkələrdə tez-tez baş verən qəzalar sistemdə sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradır. Şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu maşınlarla əldə edirdi.

Pərakəndə çəkilmiş su xətlərinin ləğv edilməsi, su itkilərinin minimuma endirilməsi və istehlakçıların su təminatının yaxşılaşdırılması məqsədilə icra olunan yeni layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən fərdi su xətləri ləğv olunur, müxtəlif diametrli borularla 7,6 km uzunluğunda içməli su şəbəkəsi yaradılır. Layihənin əhatə etdiyi ərazidə yaşayış evləri və obyektlər yeni şəbəkəyə qoşulacaq, hər bir abonent sayğacla təmin olunacaq. Layıhə üzrə işlərin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Yeni yaradılmış infrastruktur sakinlərin dayanıqlı içməli su ilə təminatına imkan verəcək, dəqiq uçot qurulacaq, su itkilərinin qarşısı alınacaq.

Hazırda dövlət investisiyası hesabına Binəqədi qəsəbəsi ilə yanaşı, Sabunçu, Zabrat, Mərdəkan və Qala qəsəbələrində layihələrin icrası davam etdirilir, həmin qəsəbələrdə yeni mərkəzləşdirilmiş içməli su şəbəkələri yaradılır, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılır.

Tarix
2022.10.06 / 16:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla