Yuxarı

“Kontakt”ın reklamı beynəlxalq festivalda qalib gəldi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt”ın reklamı beynəlxalq festivalda qalib gəldi - Video

“Kontakt” mağazalar şəbəkəsinin “Kontakt: Yadplanetlilər tərəfindən qaçırılan Salman dayının hekayəsi” reklam filmi Mərkəzi Asiyanın kreativ sənaye təmsilçiləri arasında ən böyük və ən nüfuzlu festival hesab olunan “Red Jolbors”-da 2 qızıl, 1 gümüş və 2 bürünc mükafata layiq görülüb. Bundan başqa, daha 2 nominasiya üzrə festival işləri arasında qısa siyahıya düşüb.

Axar.az xəbər verir ki, ümumilikdə 350-dən çox müraciətin dəyərləndirildiyi 11-ci “Red Jolbors” festivalında hər il Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Azərbaycanın ən yaxşı marketinq agentlikləri və reklam həlləri yarışır. “Kontakt”ın reklam filmi bu ilki festivalda aşağıdakı kateqoriya və nominasiyalar üzrə yüksək nəticələr əldə edib:

Kateqoriya

Nominasiya

Mükafat

Marketinq

Marketinq strategiyasında mükəmməllik

Qızıl

Film

OLV (Onlayn video)

Qızıl

Marketinq

Brendinqli məzmun və əyləncə

Gümüş

SMM və Digital

Brend inteqrasiyası və məhsul yerləşməsi

Bürünc

Kampaniyalar

Kampaniya strategiyasında mükəmməllik

Bürünc

Kampaniyalar

SMM və Digital kampaniya

Qısa siyahı

SMM və Digital

Xüsusi layihə

Qısa siyahı

“Samsung Galaxy S22” smartfonu üçün çəkilən “Kontakt: Yadplanetlilər tərəfindən qaçırılan Salman dayının hekayəsi” reklam filmi Azərbaycan izləyiciləri tərəfindən də böyük maraqla qarşılanmışdı və həm sosial mediada, həm də yerli KİV-lərdə xeyli müzakirə olunmuşdu. Cəmi bir həftə ərzində reklam filmi 4 milyondan çox göstəriyə çatmış (impression), 1000 dəfədən çox paylaşılmışdı. Reklam filmini bir daha nəzərinizə çatdırırıq:

Tarix
2022.10.07 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla