Yuxarı

Azər Həsrət açıqlama yaydı - Foto/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əli Kərimli və dəstəsinin bu gün Şəhidlər Xiyabanında şəxsimə qarşı ədəbsizliyi ilə bağlı yalnız sabaha qədər üzrxahlıq gözləyəcəm".

"Axar.az" xəbər verir ki, bu sözləri dünən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət öz "Feysbuk" səhifəsində yerləşdirib. Ancaq bir vaxtlar AXCP-nin qatı tərəfdarlarından olan A.Həsrət insidentlə bağlı başqa heç bir açıqlama verməyib.

A.Həsrət statusunda toxunmadığı məqamlarla bağlı əlavə açıqlama vermək üçün zamanı gözləməyi xahiş etdi: "Yazdığım kimi, bu ədəbsiz adamlara üzrxahlıq üçün bir gün vaxt tanımışam. Günortaya qədər gözləməyinizi xahiş edirəm. Səhvlərini düzəltməsələr, açıqlamam olacaq və onlar layiq olduqları qiyməti alacaqlar".

***

11:55

Azər Həsrət dünən Əli Kərimli ilə aralarında baş vermiş insidetlə bağlı açıqlama yayıb.

"Axar.az" xəbər verir ki, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrətin açıqlaması "Feysbuk" səhifəsində yerləşdirilib.

O, dünən Əli Kərimli ilə aralarında baş verən mübahisə ilə əlaqədar artıq ondan başqalarının üzr istədiyini bildirib. "Əslində, dünən onların yerinə üzr istəyən olmuşdu. Onların tərəfində olan və xətrini istədiyim dostlar "onları bizə bağışla" deyərək məsələnin üstündən keçməyimi xahiş etmişdi. Bu məsələni dünən başqa dostlarla da müzakirə etdik və onların da tövsiyəsi bu oldu ki, boş verək. Həm də ona görə ki, adamların cavabını yerində və lazım olduğu şəkildə vermişdim. Elə bunu nəzərə alaraq dostlar təklif etdi ki, məsələni qapadım". Azər Həsrət həmçinin məsələnin nəyin ucbatından baş verməsi ilə bağlı bundan sonra heç bir informasiya yaymayacağını da qeyd edib.

Tarix
2014.01.21 / 11:55
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla