Yuxarı

İlham Əliyev Ərəb Dövlətləri Liqasına təşəkkür etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Ərəb Dövlətləri Liqasına təşəkkür etdi

Biz Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanı daim dəstəklədiklərinə görə Ərəb Dövlətləri Liqasının üzvlərinə çox təşəkkür edirik.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib:

“İşğal dövründə və ərazilər azad olunduqdan sonra bizi dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul olunub. Biz, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında həmrəyliyin gücləndirilməsi üzrə fəal işləyirik, bir neçə beynəlxalq tədbir keçirmişik. Pandemiya dövründə biz Ərəb Dövlətləri Liqasının və İslam Əməkdaşlıq Təşkilatı üzvləri də daxil olmaqla, dünyanın 80-dən çox ölkəsinə maliyyə və humanitar yardım göstərmişik. Bilirik ki, böyük potensial var, lakin biz iqtisadi əməkdaşlığın əsas sahələrini müəyyən etməliyik. Siyasi nöqteyi-nəzərdən hər şey aydındır, bizi dostluq münasibətləri bağlayır və mənim sammitdə iştirakım bunu göstərir. Lakin ticarət və iqtisadiyyat sahəsindəki göstəricilər, əlbəttə ki, bizi qane edə bilməz”.

Tarix
2022.11.25 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla