Yuxarı

Deçev: Azərbaycan regional nəqliyyat qovşağına çevrilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deçev: Azərbaycan regional nəqliyyat qovşağına çevrilib

Azərbaycan iki səbəbdən artıq regional nəqliyyat qovşağına çevrilib.

Axar.az xəbər verir ki, bunu ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçısı, Bolqarıstanın Sənaye Kapitalı Assosiasiyasının üzvü Teodor Deçev deyib.

"Birinci səbəb koronavirus pandemiyasıdır. Həmin dövrdə Aktau-Bakı və Türkmənbaşı-Bakı marşrutlarının əhəmiyyəti artıb. İkinci səbəb isə Ukraynadakı vəziyyətdir, bununla əlaqədar Şimal marşrutundan istifadə azalıb. İndi Şimal dəhlizindən istifadə edən yoxdur, belə ki, Rusiya limanlarından gəmilərin çıxışına heç kim nəzarət etmir. Bu səbəbdən yük axını Azərbaycana yönəlib və bu şəraitdə Azərbaycan rəhbərliyi mövcud dəyişikliklərə müdrik və adekvat reaksiya göstərib", - deyə o bildirib.

T.Deçev qeyd edib ki, Orta Dəhliz adı verilən Qərb-Şərq marşrutu Şimal-Cənub dəhlizi ilə kəsişir və bu, Azərbaycanı nəqliyyat qovşağına çevirir.

Tarix
2022.11.25 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla