Yuxarı

Həbsdə olan keçmiş icra başçısının vəziyyəti ağırlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhəti pisləşib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Ceyhun Yusifov bildirib.

Müdafiəçi qeyd edib ki, Mahir Quliyev həbs olunmamışdan 10 gün öncə kəskin infarkt keçirib:

"Ürəyinə 3 ədəd stend qoyulub. Şəkərli diabet, ürək çatışmazlığı və hepatit C xəstəliyindən əziyyət çəkir. Həbsdə olduğu müddətdə koronavirusa yoluxub və 2 ay komada qalıb. Əlavə olaraq əməliyyat yoluyla boğazından dəlik açılıb trixastom aparatı qoyulub.

Bakıda Reabilitasiya Mərkəzində çənə sümüyünün cərrahi əməliyyatı olunub. Onkoloji şübhə olduğu üçün biopsiya alınıb. Hazırda vəziyyəti zəif və halsızdır. Təngnəfəslik, yüksək təzyiq, şəkər ve aşağı saturasiyayla xəstəxana şəraitində müalicələr alır”.

Qeyd edək ki, M.Quliyev 2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. O, mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, səhhəti ilə əlaqədar olaraq cəzaçəkmə müəssəsinə köçürülə bilməyib.

Tarix
2022.11.29 / 16:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla