Yuxarı

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafına töhfə vermək məqsədilə mobil operator “Nar” bu il də NETTY milli internet mükafatına dəstək olur. Mükafatın münsifləri hər il Azərbaycanın ən yaxşı İT layihələrini, mühüm veb-resursları və informasiya texnologiyaları sahəsində peşəkarları müəyyən edib mükafatlandırır.

Axar.az xəbər verir ki, müsabiqədən iştirak etmək istəyənlər hər birində 3 alt kateqoriya olan 7 nominasiya üzrə ərizələrini təqdim edə bilərlər. Bu ilki nominasiyalar “Dövlət və cəmiyyət”, “İqtisadiyyat və Biznes”, “Maliyyə və banklar”, “Elm, Təhsil və İnnovasiyalar”, "Səhiyyə, İdman və Turizm", “İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” olaraq müəyyən edilib. İştirak üçün müraciət netty.az saytında, onlayn qaydada qeydə alınır. İştirak ərizələrinin qəbulu üçün son gün 30 noyabr tarixidir.

Qeyd edək ki, müsabiqə “Nar”-ın əsas tərəfdaşlığı ilə keçirilir. “Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda yerli İT sahəsinin inkişafına və müxtəlif yenilikçi layihələrin tətbiqinə dəstək olur.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2022.11.29 / 17:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla