Yuxarı

Sınaq imtahanlarını DİM bahalaşdırır - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kurslarda və digər sınaq imtahanı keçirilən yerlərdə qiymətlərin baha olmasının başlıca səbəbi Dövlət İmtahan Mərkəzinin (DİM) bazara təqdim etdiyi qiymətlərdir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov sınaq imtahanlarının qiymətinin yüksək olması ilə bağlı danışarkən deyib.

“Qiymət artımına səbəb kimi kağız daşıyıcılarının qiymətinin qalxmasını və ya yeni model sualların yoxlanılmasını göstərirlər. Amma bunlar qiymətlərin artmasına səbəb ola bilməz.

DİM sınaq və qəbul imtahanlarının qiymətini 2016-cı ildən 2 manatdan 40-50 manata qədər artırdı. Bu da digər sınaq imtahanı keçirən qurumlara fürsət oldu. Hazırki qiymətlərə birbaşa DİM-in təqdim etdiyi qiymətlər təsir göstərir. Bu qurumlar kommersiya xarakterlidir. Hazırlıq kursları az xərc çəkib, çox gəlir əldə etmək istəyirlər. Əgər DİM sınaq imtahanlarının qiymətini ucuzlaşdırsa, bazarda qiymət ciddi şəkildə aşağı düşəcək”, - ekspert bildirib.

Tarix
2022.11.29 / 17:48
Müəllif
Didəm Qədirova
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla