Yuxarı

Bakıdan Rusiyaya gedən məhsulda xəstəlik aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan Rusiyaya gedən məhsulda xəstəlik aşkarlandı

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) noyabr ayında Azərbaycan və İrandan gətirilmiş 245 tondan çox xəstəliyə yoluxmuş bitkiçilik məhsulu aşkarlayıb.

Axar.az “Rosselxoznadzor”a istinadən xəbər verir ki, məhsullar arasında 4 partiya təzə pomidor, 1 partiya alma, 6 partiya kahı, 5 partiya istiot və 1 partiya qurudulmuş çəmən gülü olub.

Bitkiçilik məhsullarının 17 mal partiyasında fitosanitar nəzarəti zamanı “Rosselxoznadzor” müfəttişləri karantin zərərverici obyektləri - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny), Qərbi (Kaliforniya) çiçək tripsi (Frankliniella occidentalis Pergth), Şərq güvəsi (Grapholitha molesta) və qızılsarmaşıq (Cuscuta spp) aşkar ediblər.

Noyabrda “Rosselxoznadzor”un Qafqaz Regionlararası İdarəsi Azərbaycan və İrandan Rusiyaya 51 min tona yaxın təzə tərəvəz və meyvə idxalına nəzarət edib. Yoxlanılan yüklər arasında təzə pomidor, bibər, kahı, soğan, badımcan, alma, nar, xurma, kivi və s. var.

Bitkiçilik məhsulları Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisindəki “Viaduk” müvəqqəti saxlama anbarında aşkar edilib. Hər bir partiyadan nümunələr götürülüb, tədqiqat üçün Ümumrusiya Bitki Karantini Mərkəzinin Dağıstan şöbəsinə göndərilib və meyvə-tərəvəzlərdə karantin zərərli obyektlərin aşkar edilməsi faktları təsdiqlənib.

Tarix
2022.11.29 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla