Yuxarı

Qənirə Paşayeva medalla təltif edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin (AVMVB) rəhbər heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə AVMVB sədri Füzuli Rzaquliyev, AVMVİB NTK sədri Niyazi Quliyev, sədrin müşaviri Nəsibə İsrafilqızı və Səbayel rayon təşkilatının sədri Fəqan Nəbizadə iştirak edib.

I Qarabağ müharibəsi dövründə özü, II Qarabağ müharibəsi dövründə oğlu zabit kimi ön cəbhədə xidmətdə olan Füzuli Rzaquliyevin, onun silahdaşlarının və Birlik mənsublarının şəhid ailələri, yaralı qazilər, ümumən müharibə iştirakçıları ilə sıx təmasda olduğunu minnətdarlıqla qeyd edən Q.Paşayeva AVMVB-yə yeni uğurlar diləyib.

F.Rzaquliyev bildirib ki, Q.Paşayeva şəhid ailələri, qazilərə xüsusi diqqət göstərdiyinə görə AVMVB İdarə heyətinin qərarıyla “Zəfər” medalı ilə təltif edilib.

Q.Paşayeva nəcib təltif və xoş sözlər üçün təşəkkür edib.

Komitə sədri AVMVB rəhbərliyinə Xarıbülbül motivli xatirə hədiyyəsi təqdim edib.

Tarix
2022.11.30 / 12:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla