Yuxarı

Nümayəndə heyətimiz Təhsil Forumunda iştirak edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 19-22 yanvar tarixlərində keçirilən Dünya Təhsil Forumunda iştirak etmək üçün Böyük Britaniyanın London şəhərində səfərdədir.

"Axar.az"ın Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Təhsil Forumunun işində dünyanın 90-dan artıq ölkəsi nazir və ya nazir müavini səviyyəsində təmsil olunur. Hökumət nümayəndələri ilə yanaşı təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak edirlər.

Təhsil nazirinin müavini Ceyhun Bayramov forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, yanvarın 22-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçiriləcək. Görüş zamanı tələbələrin təhsil aldıqları müddətdə üzləşdikləri problemlər və məzun olduqdan sonra Azərbaycanın inkişafına verə biləcəyi töhfələr müzakirə ediləcək.

Tarix
2014.01.21 / 20:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla