Yuxarı

217 kq yararsız məhsul məhv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
217 kq yararsız məhsul məhv edildi

Azərbaycana idxal olunan bioloji aktiv qida məhsulu partiyasının yararsız olduğu aşkarlanıb.

Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)-dan məlumat verilib.

Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs Jala Pharma MMC tərəfindən Ruminiyada fəaliyyət göstərən “S.C.Laboratoarele Medica S.R.L” şirkətinə məxsus müəssisədən idxal olunan ümumi çəkisi 217 kq (10 000 ədəd) olan “Zink Godarov Kapsul №30” əmtəə nişanlı bioloji aktiv qida məhsulundan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə ağır metalların (Qurğuşun (Pb), Kadmium (Cd)) miqdarının normadan artıq olduğu aşkar olunub.

Agentlik tərəfindən istehlaka yararsız bioloji aktiv qida məhsulu partiyasının məhv edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

Tarix
2022.12.01 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla