Yuxarı

Hərbi Prokurorluq ittihamlara cavab verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Hərbi Prokurorluğu son günlər sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində dərc olunmuş yazılarda hərbi qulluqçuların bəzilərinin intihar səbəblərinin açıqlanmaması barədə iddiaların həqiqətə uyğun olmadığını bəyan edir.

"Axar.az" Hərbi Prokurorluğun rəsmi saytına istinadən xəbər verir ki, açıqlamada deyilir: "Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə özünü öldürmə, qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət alma və ya qəsdən adam öldürmə, habelə xəstəliklə bağlı, avtoqəza nəticəsində və ya digər səbəblərdən baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır, tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.

Hərbi qulluqçuların intiharı və onların ölümü ilə bağlı nəticələnmiş digər hadisələr barədə kütləvi informasiya vasitələrinə lazımi məlumatlar verilib, lakin bir sıra hallarda intiharın səbəblərinin geniş şəkildə ictimaiyyətə açıqlanmaması istintaq sirri, bəzən isə ailə və şəxsi sirrlərin qorunması ilə bağlı cinayət prosessual qanunvericiliyi ilə hüquq-mühafizə orqanlarının üzərinə qoyulmuş vəzifənin icrası ilə əlaqədar olub. İntihar etmiş hərbi qulluqçuların ailə üzvlərinə, qanuni nümayyəndələrinə intiharla bağlı istintaqın gəldiyi nəticə barədə tam və dolğun məlumat verilib, istintaqı tamamlanan cinayət işləri üzrə həmin şəxslərə iş materialları ilə tanış olmaq və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirtmək üçün şərait yaradılıb və mahiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərilmiş cinayət işləri üzrə açıq məhkəmə iclasları keçirilərək müvafiq məhkəmə qərarları qəbul olunub.

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidməti ötən ildə baş vermiş intihar hadisələrinin səbəbləri barədə ictimaiyyətin məlumatlandırılmaması məsələsinin kütləvi informasiya vasitələrində yenidən gündəmə gətirilməsinin cəmiyyətdə çaşqınlıq yaratmaq, ordu barədə mənfi və əsassız fikirlərin formalaşması məqsədlərinə xidmət etdiyini, müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən işlərə kölgə saldığını təəssüflə qeyd etməklə bu cür fikirlərin sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılmasını yolverilməz hesab edir".

Tarix
2014.01.21 / 20:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla