Yuxarı

Ziyalıların Prezidentə müraciəti yenidən gündəmə gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralarında millət vəkili və xalq artıstləri də olmaqla, Azərbaycanın tanınmış ziyalılarının Prezident İlham Əliyevə ünvanladığı müraciəti 20 Yanvar şəhidləri İlham və Fərizənin ailəsi 20 Yanvar mərasimində təkrar gündəmə gətirib.

"Axar.az"a daxil olan məlumata görə, Azərbaycan xalqının yaddaşında böyük sevgi simvolu kimi yaşayan İlham və Fərizənin toy günlərinin – 30 iyunun Sevgililər Günü elan olunması bir daha Prezidentdən xahiş olunur.

Xatırladaq ki, bir müddət öncə ziyalılar Prezident İlham Əliyevə belə bir məktubla müraciət etmişdilər. Professorlar Nizaməddin Şəmsizadə, Asif Rüstəmli, Paşa Qəlbinur, şairlər Nəriman Həsənzadə, Musa Yaqub, Zəlimxan Yaqub, millət vəkilləri Qənirə Paşayeva, Aqil Abbas, Flora Qasımova, yazıçı Çingiz Abdullayev və xalq artisti Arif Babayevin imzaladığı müraciətdə deyilirdi:

"Möhtərəm Prezident!

Müstəqil Azərbaycanın vüsətli iqtisadi-siyasi inkişafı dünyanı heyrətdə qoyub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş cahanşumal layihələr və milli inkişaf strategiyası sizin fədakar əməyinizin, tarixən düzgün siyasətiniz sayəsində bəhrəsini verməkdədir. Azərbaycanın iqtisadi qüdrətini, daxili sabitliyini və beynəlxalq imicini gücləndirməklə bərabər, siz həm də mənəvi dəyərlərimizə xüsusi diqqət yetirirsiniz. Qədim və zəngin milli mənəviyyatımız, ədəbiyyatımız, muğan sənətimiz sizin və sədaqətli silahdaşınız Mehriban xanım Əliyevanın səyləri ilə dünya şöhrəti qazanmışdır.

Hörmətli Cənab Prezident!

Olduqca zəruri, ülvi və nəcib bir məsələ ilə bağlı Sizə müraciət etməyi qərara aldıq. Xalqımızın tarixində istiqlal və azadlıq uğurunda mübarizənin ən uca qəhrəmanlıq zirvəsi olan 20 Yanvar şəhidləri - İlham və Fərizənin evləndikləri günü, 30 iyun tarixini "Sevgililər Günü" kimi rəsmiləşdirilməsi üçün müvafiq sərəncam vermənizi Sizdən xahiş edirik. Bu, həm milli azadlıq ideyalarına, həm də fədakar sevgiyə və sədaqətə ehtiram olardı.

Azərbaycan gəncliyinin hələ neçə-neçə nəsilləri üçün sevgi və sədaqət rəmzi olacaq bu günün əbədiləşdirilməsinə xalqımızın böyük mənəvi ehtiyacı var".

Tarix
2014.01.21 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla