Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


“O xanımlar diqqətdən kənar qala bilməzdi”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qadınların nüfuz və səlahiyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində növbəti "Azərbaycanda qadınların siyasi iştirakçılığı" mövzusunda dinləmə keçirilib.

Axar.az xəbər verir ki, tədbir Qadın Konsensus Mərkəzi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutub.

Toplantıda Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, siyasi partiyaların qadın təşkilatlarının üzvləri, millət vəkilləri, qadın ictimai nümayəndələri iştirak ediblər.

Tədbiri çıxış sözü ilə açan Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı qeyd edib ki, Azərbaycanda vəzifədə və ictimai işlərdə iştirak edən qadınların sayı durmadan artır:

"Ölkənin 85 rayonu üzrə icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bu yaxınlarda İradə Gülməmmədova Abşeron İcra Hakimiyyəti başçısı təyin edildi. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35 faizə qalxıb".

Milli Məclisə seçkilərdən danışan A.Camalqızı qeyd edib ki, bu sahədə də irəliləyiş olub: "İlkin nəticələrə görə, 125 millət vəkilindən 21-i qadındır. Ötən seçkilərdə isə onların sayı 20 olmuşdu.

Qadınlar faiz etibarı ilə çoxluq təşkil etməsələr də, seçkiqabağı təbliğat işlərini çox aktiv qurdular, bu aktivlik sayəsində də qadınların seçkidə fəal iştirakı diqqətdən kənar qala bilməzdi".

Daha sonra tədbirdə millət vəkilləri, siyasi partiyaların qadın təşkilatlarının nümayəndələri və fəal ictimai mövqeyə malik qadınlar çıxış ediblər.

Xatırladaq ki, Qadın Konsensus Mərkəzinin "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində 5 ictimai dinləmə-seminarın keçirilməsi nəzərdə tutulur.

İctimai dinləmələrdə qadın mövzusu ilə məşğul olan ekspertlər, ictimai fəal insanlar, müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri, bəzi dövlət qurumlarının təmsilçilərinin iştirakı nəzərdə tutulub.

Bundan başqa, layihədə nəzərdə tutulduğu kimi, Feysbuk sosial şəbəkəsində "Qadınlara ədalət" adlı səhifə yaradılıb və səhifə aktiv şəkildə gender və qadın problemləri mövzusuna toxunaraq müzakirələr açır. Beş mövzu üzrə, ayda bir dəfə olmaqla ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub.

Bu mövzular "Məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə", "Qadınların siyasi iştirakçılığı", "Sahibkar qadınlar", "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması və gender bərabərliyi", "Qadın mövzusu KİV və sosial mediada" sahələrini əhatə edir.

Tarix
2015.11.03 / 11:56
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Загрузка...
Digər xəbərlər

Cəlilabadda kütləvi dava: yaralılar var

Azərbaycanda deputat vəfat etdi

Bülbüloğludan göstəriş: Yaralı azərbaycanlılar...

Göytəpədə bədbəxt hadisə: DSX-nin əsgəri həlak oldu

Paşayeva nüfuzlu təşkilat rəhbərləri ilə görüşdü - Foto

Parada hazırlıq: Bakıda məşqlər başladı

Xızıda çobanları ildırım vurdu: 1 ölü, 1 yaralı

"Günay Bank"la bağlı açıqlama yayıldı

Xaçmazda reyd: Bu sürücülər cərimələndi - Foto

Sabahın hava proqnozu açıqlandı

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla