Yuxarı

Bu halda məktəb bağlanmalıdır - İnfeksionist

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu halda məktəb bağlanmalıdır - İnfeksionist

Son bir ayda ölkə ərazisində qrip və COVİD-19 virusu aktivləşməyə başlayıb. Risk qrupuna daxil olan şəxslər üçün bu vəziyyət təhlükəli xarakter daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında infeksionist Mərdan Əliyev son günlər ölkəmizdə yayılan qripəbənzər virusla bağlı danışarkən deyib.

O bildirib ki, yeni virus koronavirus qədər təhlükəli olmasa da, insanlar özlərini bu xəstəlikdən gözləməlidir:

“Dekabr ayından ölkəmizdə qripə bənzəyən xəstəlik yayılıb. Bu virus, əsasən, yuxarı tənəffüs orqanlarına təsir göstərir. Virusa yoluxan şəxslərdə ilk olaraq boğaz ağrısı başlayır və şiddətlənir, daha sonra burun axması, tutulması baş verir. Bundan başqa, xəstələrdə halsızlıq, qızdırma, oynaq ağrıları da müşahidə olunur. Xəstəliyin əlamətlərinin COVİD-19 virusu ilə oxşarlıq təşkil etməsinə baxmayaraq, analizlərdə koronavirus testinin nəticəsi neqativ göstərir. Həmin virusla bərabər COVİD-19 da yenidən aktivləşib. Lakin qrip virusuna yoluxma halları üstünlük təşkil edir. Sağlam insanlar üçün təhlükə ehtimalı olmasa da, risk qrupuna daxil olan şəxslər bu xəstəlikdən özlərini gözləməlidirlər. Yaşı 65-dən yuxarı olan, xroniki xəstəlikdən əziyyət çəkən insanlar, onkoloji xəstələr, qaraciyər sirrozu və revmatoid artriti olan şəxslər də bu virusa yoluxan zaman xəstəlik müddətini daha ağır keçirir”.

Həkimin sözlərinə görə, virus yayılan məktəblərdə lokal qapanmalara getmək əsas məsələdir:

“Hər hansı məktəb, yaxud sinifdə yoluxma halları müşahidə edilərsə, virusun yayılmasının qarşısını almaq üçün lokal qapanma və qorunma tədbirlərini həyata keçirmək lazımdır. Belə hallarda tədrisi onlayn formada davam etdirmək daha yaxşıdır”.

Tarix
2023.01.08 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla