Yuxarı

ANS-in maşını daş-qalaq edildi, kamerası sındırıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS-in maşını daş-qalaq edildi, kamerası sındırıldı - Foto

12.40

Özünü asaraq intihar edən İsa Şahmarlının hazırda dəfn mərasimində insident yaşanır. Kənd camaatı daş-kəsəklə dəfnə mane olmaq istəyir, qəbristanlığa girməyə kimsəyə izn vermir. Səbəb kimi İsa Şahmarlının cinsi azlıq olmasını göstərilir. Onlar belə bir şəxsin kənd qəbiristanlığında dəfn olunmasını qəbul etmək istəmirlər.

"Axar.az"ın hadisə yerində olan müxbiri Tural Qurbanlının verdiyi məlumata görə, çəkiliş aparmaq və reportaj hazırlmaq istəyən jurnalistləri qəbiristanlığa yaxın buraxmaq istəməyən kənd camaatı ANS-in çəkiliş qrupuna sərt müqavimət göstərib.

Müxbirimiz bildirir ki, qəbiristanlığa girməyə cəhd göstərən ANS-in "Alın yazısı" verilişinin çəkiliş qrupunun avtomobili daş-qalaq edilib, kamera isə sındırılıb.

***

13:45

Müxbirimiz xəbər verir ki, kənd camaatı qəbirstanlığı tərk edəndən sonra İsa Şahmarlının dostları oraya daxil ola biliblər. Onlar İ.Şahmarlının qəbrinin üstünə LGTB-nin bayrağını səriblər. Bununla bərabər İsanın dostları qəbir üzərində onunla bağlı xatirələrini bölüşüblər.

Ziyarətçilər daha sonra 22 yanvarı "LGTB-nin hüquqlarının müdafiəsi günü" elan edilməsi haqqında qərar qəbul ediblər və bununla əlaqədar koordinasiya şurası yaradılıb. Şura bu qərarla bağlı imza toplayıb Milli Məclisə təqdim edəcək.

Tarix
2014.01.23 / 13:40
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur - PA rəsmisi

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Simonyan: Ruslara dedim, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla