Yuxarı

Hacı Talehin müavini həbs edildi – Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Talehin müavini həbs edildi – Qərar

Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımov barəsində məhkəmə qərarı çıxarılıb.

Vəkil Cavad Cavadov APA-ya açıqlamasında bildirib ki, E.Qasımov bu gün Sabunçu Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 30 gün müddətinə azadlıqdan məhrum edilib.

Vəkil həmçinin qeyd edib ki, E.Sadıqovla bərabər saxlanılan digər şəxslər barəsində də məhkəmə müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarıb.

Qeyd edək ki, ötən gecə Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına toplaşıblar. E.Qasımovun azad olunmasını tələb edən şəxslər polisin ərazidən uzaqlaşmaq barədə tələbinə məhəl qomayıblar. Nəticədə polislə dindarlar arasında qarşıdurma olub. Bir neçə polis əməkdaşı xəsarət alıb, bir neçə dindar isə saxlanılıb.

Tarix
2015.11.06 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla