Yuxarı

Fonda daxil olan müraciətlər azalıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fonda daxil olan müraciətlər azalıb

Ötən illərlə müqayisədə bu il vətəndaşların Fonda müraciətləri xeyli azalıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Naftalan şəhərində keçirilən "Vətəndaş müraciətləri ilə iş" mövzusunda regional "Açıq qapı günü"ndə Dövlət Sosial Müdafiə Fondunun Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov bildirib.

O bildirib ki, Fonda vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb. 2015-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumata əsasən, Dövlət Sosial Müdafiə Fondunun öz saytı, "Elektron hökümət" portalı və "Hökumət Ödəniş Portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 milyondan çox istifadə sayı qeydə alınıb. Bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

F.Qədimov onu da diqqətə çatdırıb ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənən "2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası"nın çərçivəsində müəyyən olunub.

Tarix
2015.11.06 / 15:15
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla