Yuxarı

MTN şefinin maşın taciri Dəmirin oğlu həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTN şefinin maşın taciri Dəmirin oğlu həbs edildi

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Eldar Mahmudovun maşın biznesinin rəhbəri Dəmir Abdullayevin MTN-də çalışan oğlu həbs edilib.

Axar.az xəbər verir ki, uzun müddət maşın alveri ilə məşğul olan D.Abdullayev daha sonra Eldar Mahmudova məxsus "Kristal Motors" maşın satışı mərkəzinə rəhbərlik edib. Mərkəz Azərbaycanda ən bahalı maşınlar olan "Yaquar" və "Rənc Rover" avtomobillərinin satışını həyata keçirib. Hazırda həbs olunan Mehman Abdullayev isə Dəmir Abdullayevin oğludur.

Qeyd edək ki, "Virtualaz.org" Baş Prokurorluq tərəfindən MTN-nin daha üç əməkdaşının həbsi barədə xəbər yayıb. Həbs olunanlardan biri də Mehman Abdullayevdir. MTN əməkdaşları barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Tarix
2015.11.06 / 22:45
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla