Yuxarı

Saziş təsdiqləndi: Bakı və Moskva...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saziş təsdiqləndi: Bakı və Moskva...

Azərbaycanla Rusiya arasında terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında saziş təsdiq edilib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Saziş 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.

Tarix
2023.01.24 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla