Yuxarı

Kartof kəskin bahalaşdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kartof kəskin bahalaşdı - Video

Bir neçə gün əvvələ qədər 60 qəpiyə təklif edilən kartofun qiyməti indi 2 manata qədər qalxıb. Halbuki bu məhsul adətən qıtlıq səbəbindən mart-aprel aylarında cüzi bahalaşırdı. Yaza isə 2 aya qədər vaxt var.

Axar.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, paytaxtda insanların ən çox üz tutduğu “Yaşıl bazar”da yerli kartofu hətta iki manata da tapmaq olur. Satıcıların sözlərinə görə, bahalaşma bir necə gündür ki, müşahidə olunur.

Bu bazardakı satıcılar qiymət artımının daha çox yerli kartofda müşahidə olunduğunu bildirirlər. Ümumiyyətlə isə yerli kartofların içərisində ən bahalısı Gədəbəy kartofu hesab olunur.

Alıcılar da bazarlarda bahalığın olduğunu bildirirlər.

Paytaxtın fərqli istiqamətində, “8-ci kilometr” bazarında isə yerli kartofun qiymətində 20 qəpiyə qədər bahalaşma var. Bu bazarda bahalaşma daha çox xaricdən gələn kartoflarda müşahidə olunur. Bazara ən çox kartof Rusiya, Belarus, Türkiyə və İrandan gətirilir.

Satıcılar qeyd edirlər ki, yaya doğru havalar isindikcə kartofun qiyməti enəcək.

Tarix
2023.01.26 / 09:49
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla