Yuxarı

General Rafiq Abbasov Ramil Usubova hesabat verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
General Rafiq Abbasov Ramil Usubova hesabat verdi

Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2013-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə "Axar.az"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat veriblər.

Müşavirədə çıxış edən Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hazırda ölkədə kriminogen durumun nəzarət altında saxlanıldığını bildirib. "Paytaxt polisi qanunla müəyyən edilmiş vəzifələrin, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirmiş, kriminogen durum nəzarətdə saxlanılmışdır. Hesabat dövründə Bakı şəhərində ümumən 10.524 cinayət hadisəsi qeydə alınmış, onların 82,9%-i (8.714) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,1%-i (1810) isə ağır və xüsusilə ağır növ cinayətlər olmuşdur".

Əməliyyat müşavirəsinin yekununda çıxış edən Daxili İşlər naziri Ramil Üsubov isə polis orqanlarının 2013-cü ildə cinayətkarlıqla apardığı mübarizəsini yüksək qiymətləndirib. O, bu il insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını vurğulayıb.

Tarix
2014.01.23 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla