Yuxarı

İran səfirliyinin mühafizəsi gücləndirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran səfirliyinin mühafizəsi gücləndirildi - Foto

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Səfirlik nümayəndələri binanı tərk etməyib, onların xidməti avtomobilləri binanın qarşısında park edilib.

Axar.az xəbər verir ki, səfirliyin binasının yerləşdiyi Bünyad Sərdarov küçəsinin hər iki hissəsində piyadaların gediş-gəlişi məhdudlaşdırılıb.

Məhdudlaşdırılma yalnız piyadalar üçün nəzərdə tutulub. Avtomobillərin gediş-gəlişi sərbəstdir.

Səfirliyin qarşısına, o cümlədən binanın yaxınlığına çox sayda polis əməkdaşı cəlb edilib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Tarix
2023.01.27 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla