Yuxarı

Quterreş terror aktını qətiyyətlə pislədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quterreş terror aktını qətiyyətlə pislədi

BMT Baş katibi Antonio Quterreş Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib.

Axar.az xəbər veri ki, bunu Report-a açıqlamasında BMT-nin sözçüsü Stefan Düjarrik deyib.

“İlk növbədə öldürülən hərbçinin ailəsinə və Azərbaycan xalqına başsağlığı veririk. Biz İran hakimiyyətinin dərhal araşdırma apardığını və bu istiqamətdə sürətlə hərəkət etdiyini görməkdən şadıq. Bildirmək istərdik ki, diplomatik missiyaya hücum həm də beynəlxalq hüququn açıq-aydın pozulmasıdır”, - sözçü əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Tarix
2023.01.27 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla