Yuxarı

Qərbi Azərbaycan İcması terror hücumunu pislədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərbi Azərbaycan İcması terror hücumunu pislədi

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu şiddətlə qınayır.

İcmanın mətbuat xidmətindən Axar.az-a bildirilib ki, silahlı hücum nəticəsində şəhid olmuş Azərbaycan Respublikasının hərbi qulluqçusu, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindən olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyirik.

Elçilərin toxunulmazlığına dair İslam ehkamlarına və beynəlxalq normalarına hörmətsizliyin və xarici dövlətlərin səfirliklərinə xain hücumların İranda ənənəyə çevrilməsi təəssüf doğurur.

İcma tutduğu vəzifəsindən asılı olmayaraq, bu hücumun sifarişçilərinin, təşkilatçılarının və icraçılarının dərhal həbsini və tərəfsiz ədalət məhkəməsinə təslim olunmasını tələb edir.

Tarix
2023.01.27 / 23:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla