Yuxarı

İrandan narkotik gətirildi: İki qurumdan birgə əməliyyat...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan narkotik gətirildi: İki qurumdan birgə əməliyyat...

Külli miqdarda narkotikin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları birgə əməliyyat tədbiri keçiriblər.

Belə ki, daxil olmuş məlumat əsasında İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən, Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının qarşısında geyim, ayaqqabı və tekstil məhsullarının toplanıldığı qutunun altında yerləşdirilən narkotik vasitə - metadon naməlum şəxs tərəfindən götürülərkən saxlanılıb.

“Lada” markalı avtomobillə əraziyə gələn həmin şəxsin götürdüyü sellofan torbaya baxış keçirilib. Baxış zamanı sellofan torbada hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 50 konvalyutda 500 ədəd “Methadone 40” adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2023.01.31 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla