Yuxarı

Sabiq başçının bağçaları necə taladığı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

Axar.az-ın verdiyi məlumata görə, Natiq Əliyevin sədirliyi ilə keçirilən proses 3 saata yaxın davam edib.

Məhkəmədə vaxtı ilə icra hakimiyyətlərin tabeliyində olan uşaq bağçalarındakı qanunsuz əməllər ifşa olunub. Şəmkirdə uşaq bağçalarına ayrılan pulların necə silinməsi üzrə ifadələr verilib. Bəlli olub ki, Şəmkirdə uşaq bağçalarına ərzaq və digər vasitələri ancaq Azər Kərimov adlı şəxsə məxsus “21-ci əsr” şirkəti satıb. Bir çox hallarda isə bağça müdirləri Alimpaşa Məmmədovun göstərişi ilə almadıqları invertar, qida və yuyucu vasitələrin qaimələrinə qol çəkiblər. Sonradan isə qaimədə göstərilənlər çatdırılmayıb.

Bənzər faktlar daha çox Şəmkir rayonunun özündə baş verib. Sözügedən prosesdə hazırda rayonda icra nümayəndəsi işləyən Pərviz İbrahimov adlı şəxs xüsusi fəallığı ilə seçilib. Adıçəkilən şəxs bağça müdirlərindən pul yığmaqla məktəbəqədər tərbiyyə müəssisələrinin qazlaşdırılması işlərinə də cəlb edilib. Belə ki, Alimpaşa Məmmədov Pərviz İbrahimova məktəbəqədər tərbiyyə müəssisələrinin qazlaşdırılmasını tapşırıb. Nəticədə bağça müdirlərindən müxtəlif məbləğlərdə vəsaitlər yığılıb. Vaxtı ilə bağça müdirəsi işləmiş Gülçin adlı qadından 5 min manat alınıb. Lakin bir müddət sonra işdən çıxarılıb.

Pərviz İbrahimov hakimə sadalanan faktlarla bağlı göstrərişləri Alimpaşa Məmmədovdan alıdğını deyib. Sabiq icra başçısı da faktı təsdiq edib. Bundan əlavə icra nümayəndələrinə ancaq Azər Kərimova məxsus şirkətdən bağçalara lazım olan tələbat mallarının alması göstərişi də olub. Bağçalarda yoxlamalar isə sadəcə formal xarakter daşıyıb. Odun yanacağı ilə qızdırılan 6 saylı bağçaya odun tədarükü üçün 1587 manat vəsait ayrılıb. Amma pullar silinib.

Diqqət çəkən məqamlardan biri də uşaq bağçalarına işçilərin götürülməsi ilə bağlıdır. Belə ki, bəzi məktəbəqədər təlim müəssisələrində gözətçi kimi qadınların adı yazılıb. Həmin şəxslərin işə götürülməsi üçün isə tapşırıqlar İcra Hakimiyyətindən gəlib.

Növbəti məhkəmə prosesi fevralın yeddisi keçiriləcək.

Tarix
2023.01.31 / 20:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla