Yuxarı

Azərbaycanın ilk ödənişli yolu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ilk ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda tikinti işləri ilə paralel olaraq nəzarət-buraxılış məntəqələri və turniketlər quraşdırılır.

Axar.az xəbər verir ki, yeni avtomagistralın Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazisində fəaliyyət göstərəcək nəzarət-buraxılış zolaqlarının inşası yekunlaşmaq üzrədir.

Burada ağır yük maşınlarının çəkisinin müəyyənləşdirilməsi üçün tərəzilər quraşdırılıb. Bu məntəqədə tikinti işlərinin 80 faizi başa çatdırılıb.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Ümumilikdə hər bir hərəkət istiqaməti üzrə magistralın 52-ci km-də (Yaşma) və 171-ci km-də (Qusar-Xudat yolu ilə kəsişmə) 4 nəzarət-buraxılış zolağı fəaliyyət göstərəcək. Onlardan biri avtonəqliyyat vasitələrinin sürətli, ikisi adi qaydada keçidi təmin edəcək. Bir keçid isə ehtiyat keçidi olacaq və qabariti normadan böyük olan nəqliyyat vasitələrinin keçməsi üçün də istifadə ediləcək.

Bundan başqa, yeni avtomagistrala 73, 103, 132 və 154-cü km-də yerləşən 4 iri yaşayış məntəqəsindən yol qovşaqları vasitəsilə daxil olmaq mümkün olacaq. Bu, Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazilərdir. Sözügedən ərazilərdə hər bir hərəkət istiqaməti üzrə iki nəzarət buraxılış zolağı fəaliyyət göstərəcək.

Magistral avtomobil yolundan istifadə üçün ödənişin yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub.

Yeni ödənişli avtomagistralın keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığında yerləşir, əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Ümumilikdə yeni inşa edilən 150 kilometrlik yolboyu 39 qovşaq və yol ötürücü körpü tikilib.

Avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına da əlavə təkan verəcək, həmçinin dəhlizlə yük və sərnişin daşımalarında mühüm rol oynayacaq.

Tarix
2023.01.31 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla