Yuxarı

“Çudo-Peçka”lar bağlanır - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Çudo-Peçka”lar bağlanır - Səbəb

Bakıda "Çudo-Peçka" restoranlar şəbəkəsinin işi xeyli dərəcədə zəifləyib.

Axar.az-a daxil olan məlumata görə, restoranlar şəbəkəsinin bir-birinin ardınca bağlanacağı gözlənilir.

Şəhərin 3-cü mikrorayon dairəsində yerləşən məntəqənin dəyişdirilməsindən sonra növbə digər filiallara da çatıb.

Paytaxtın "Sahil" və "Neftçilər" metrostansiyaları yaxınlığındakı məntəqələrin də işinə xitam veriləcəyi istisna olunmur. Çünki "Çudo Peçka" rəqabətdə açıq-aşkar uduzmaqdadır.

Qeyd edək ki, müğənni Röyanın keçmiş qayınatası Çingiz Cəlilovdan "Çudo Peçka"nın alınması ilə uzun müddətdir bu müəssisələrin işində geriləmə müşahidə olunur. Bu durğunluq KFC restoranlarının açılması ilə daha da dərinləşib.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Çudo Peçka MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi.

Tarix
2015.11.10 / 13:09
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla