Yuxarı

İtlər məskəninə çevrilən Sumqayıt - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtlər məskəninə çevrilən Sumqayıt - Video

Sumqayıt şəhər sakinləri ərazidə sahibsiz itlərə nəzarət olunmamasından şikayətçidir.

Bu barədə Axar.az-a daxil olan müraciətdə bildirilib ki, yerli icra tərəfindən bir neçə ay əvvəl məsələnin həll olunacağı deyilsə də, problem hələ də qalmaqdadır.

Şikayətçilərin sözlərinə görə, əvvəllər itlərin səs-küyündən gecə yatmaq, küçəyə rahat çıxmaq olmurdu. Ancaq indi həm də gündüz vaxtı itlərin bir-birinə və gəlib-gedən insanlara hürüşməsindən sakitlik yoxdur. Üstəlik, ərazidəki sahibsiz itlər insanlara xəsarət yetirir. Hətta bir azyaşlı itdən qorxduğundan, digəri isə it tutmasından həyatını itirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən problemlə bağlı sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı artıq tapşırıq verilib:

“Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və ərazidən uzaqlaşdırılması işləri həyata keçirilir. Şəhər ərazisində sahibsiz itlərin yarada biləcəyi təhlükə nəzərə alınaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib”.

Tarix
2023.02.01 / 14:29
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Türkiyənin milli müdafiə naziri Qətərə getdi

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla