Yuxarı

İndoneziyalı deputatlar ADU-ya gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İndoneziyalı deputatlar ADU-ya gəldi

Yanvarın 31-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla İndoneziya parlamentinin üzvü Məhəmməd İqbalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən Kamal Abdulla ADU tələbələrinin İndoneziya dili, ədəbiyyatı, mədəniyyəti və tarixinə olan marağından danışıb. Universitetdə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət görtərdiyini deyən rektor hər il İndoneziyaşünaslıq ixtisasına qəbul olan tələbələrin bu dili həvəslə öyrəndiyini diqqətə çatdırıb:

“İki ölkə arasında əməkdaşlığının elm, təhsil, mədəniyyət sahəsində inkişafı müsbət dinamika ilə artmaqdadır. Bu əlaqələrin qurulmasında müəllim-tələbə mübadiləsinin əhəmiyyətini də vurğulamaq lazımdır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bizim tələbələr İndoneziyanın mədəniyyətini, tarixini, ədəbiyyatı və dilini böyük həvəslə öyrənirlər. Azərbaycanda təkcə İndoneziya səfirliyi fəaliyyət göstərmir, burada eyni zamanda indoneziyasevərlər məkanı var”.

Görüşdə İndoneziyada ADU-nun Mədəniyyət mərkəzinin fəaliyyət perspektivləri, qarşılıqlı öyrənmə, araşdırma və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar İndoneziya Araşdırmalar Mərkəzində olublar. Mərkəzdə qonaqları ADU-nun İndoneziya ixtisası üzrə təhsil alan tələbələri qarşılayıb.

Tarix
2023.02.01 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla