Yuxarı

İlham Əliyev 6 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:23

Prezident İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435, № 6 (I kitab), maddələr 579, 583, № 8, maddə 922, № 9, maddələr 983, 987, № 11, maddə 1212, № 12, maddə 1403; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1938 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1.1-ci yarımbənd üzrə:

1.1. 3-cü abzasa “doğub” sözündən sonra “, övladlığa və (və ya) qəyyumluğa götürüb onları” sözləri və “tərbiyə etmiş” sözlərindən sonra “və böyütmüş” sözləri əlavə edilsin;

1.2. 4-cü abzasdan “18 yaşınadək” sözləri çıxarılsın;

1.3. 5-ci abzasa “növbəti” sözündən əvvəl “və ya əlilliyi müəyyən edilmiş uşağını” sözləri əlavə edilsin.

2. 5.2.2-ci yarımbənd üzrə:

2.1. 8.1-ci bəndə “doğub” sözündən sonra “, övladlığa və (və ya) qəyyumluğa götürüb onları” sözləri və “tərbiyə etmiş” sözlərindən sonra “və böyütmüş” sözləri əlavə edilsin;

2.2. 8.2-ci bənddən “18 yaşınadək” sözləri çıxarılsın;

2.3. 8.3-cü bəndə “növbəti” sözündən əvvəl “və ya əlilliyi müəyyən edilmiş uşağını” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 787-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”nin 3.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Əsasnamənin 3.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 584; 2003, № 8, maddə 441; 2005, № 11, maddə 1009; 2009, № 6, maddə 419; 2010, № 3, maddə 183; 2013, № 12, maddə 1506; 2015, № 2, maddə 120; 2020, № 12 (I kitab), maddə 1480; 2021, № 3, maddə 221, № 8, maddə 906) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 16-cı hissəsinə “və ya dövlət qulluqçusunun” sözlərindən sonra “, habelə dövlət qulluğuna xitam verilmiş şəxsin” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 787-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 759-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü və 393-1.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 393-1.4-cü və 393-1.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu nəzərdə tutulur.

2. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1952 nömrəli, 2023-cü il 12 yanvar tarixli 1964 nömrəli və 14 yanvar tarixli 1978 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bəndə “354.0.8,” rəqəmlərindən sonra “393-1.4, 393-1.6,” rəqəmləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 4.54–1-ci bənd əlavə edilsin:

“4.54-1. həmin Məcəllənin 393-1.4-cü və 393-1.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 759-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 760-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 29.5-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu nəzərdə tutulur.

2. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 629; 2012, № 11, maddə 1085; 2013, № 5, maddə 496; 2017, № 7, maddə 1341; 2019, № 5, maddə 820, № 8, maddə 1400) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “49.6-cı” sözlərindən əvvəl “29.5-ci maddəsinin birinci cümləsində,” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Məcəllənin 29.5-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 760-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 695-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656; 2014, № 10, maddə 1176; 2016, № 2 (II kitab), maddə 243, № 3, maddə 457, № 8, maddə 1376; 2017, № 8, maddə 1521; 2018, № 2, maddə 208, № 9, maddə 1840; 2020, № 9, maddə 1140; 2021, № 1, maddə 38; 2022, № 5, maddə 469, № 8, maddə 845) ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın 2-ci hissəsinə “və daha çox,” sözlərindən sonra “yaxud” sözü əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 695-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərmanın 1-ci hissəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 695-VIQD nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. 2022-ci il noyabrın 29-da Əlcəzair şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əlcəzair Xalq Demokratik Respublikası Hökumətinə bildiriş göndərsin.

Tarix
2023.02.01 / 17:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla