Yuxarı

Saatlıda yol terroru: 1 ölü, 2 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saatlıda yol terroru: 1 ölü, 2 yaralı

Ötən gün axşam radələrində Saatlı rayonunun Mustafabəyli kəndində ağır yol qəzası baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb. Rayon sakini Elmar Baxışəliyev idarə etdiyi "Toyota" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1957-ci il təvəllüdlü Baxışəliyeva Zərnigar Məhəmməd qızı hadisə yerində dünyasını dəyişib. Sürücü və onun qardaşı Baxışəliyev Fikrət müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstələrə İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.01.24 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla