Yuxarı

Füzulidə ölüm təhlükəsi olan kütləvi məzarlıq - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzulidə ölüm təhlükəsi olan kütləvi məzarlıq - Foto

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin ərazisindəki ehtimal edilən kütləvi məzarlıqda minalar var.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu ANAMA nümayəndəsi Vüsal Quliyev beynəlxalq səyahətçilər qrupu ilə birgə Füzuli rayonunun İşıqlı kəndində minatəmizləmə əməliyyatlarını izləyərkən əcnəbi səyyahlara məlumat verərkən deyib.

O, istehkamçıların Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş azərbaycanlıların kütləvi məzarlıqları ilə bağlı faktların araşdırılmasına və bu kütləvi məzarların aşkarlanmasına köməklik göstərdiklərini bildirib.

“Belə faktların baş verdiyi Kəlbəcərin Başlıbel və Xocavəndin Edilli kəndlərindən sonra hazırda Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində də işlər aparılır. Lakin ərazinin minalarla çirklənməsi səbəbindən işlər çox çətin irəliləyir”, - ANAMA nünayəndəsi söyləyib.

Onun sözlərinə görə, 2020-ci il Vətən Müharibəsindən indiyədək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 81 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib, onlardan 14 minə yaxını tank əleyhinə minalar olub.

Tarix
2023.02.04 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla