Yuxarı

İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:48

Prezident İlham Əliyev “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında, 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci abzasında, 8-1-ci maddəsinin ikinci hissəsində və 10-cu maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 8-1-ci maddəsinin ikinci hissəsində və 10-cu maddəsinin altıncı hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 1-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında və 8-ci maddəsinin üçüncü hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydasını dörd ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. həmin Qanunun 8-1-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydasını dörd ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. həmin Qanunun 10-cu maddəsinin altıncı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiyanı dörd ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasına uyğun olaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğlərini bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan normativ hüquqi aktlar təsdiq edildikdən sonra bir ay müddətində müəyyən etsin.

4. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 384; 2003, № 10, maddə 582; 2007, № 2, maddə 87, № 6, maddə 601, № 8, maddə 769; 2008, № 8, maddə 719; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 290; 2012, № 10, maddə 953; 2013, № 11, maddə 1334; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 10, maddə 1209; 2016, № 8, maddə 1384; 2017, № 7, maddə 1373; 2018, № 3, maddə 409, № 6, maddə 1218; 2020, № 7, maddə 896; 2022, № 7, maddə 750) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. ikinci abzasa “Qanununun” sözündən sonra “1-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında, 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində,” sözləri və “11-ci” sözlərindən əvvəl “8-ci maddəsinin üçüncü hissəsinin ikinci abzasında, 8-1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin altıncı hissəsində,” sözləri əlavə edilsin;

4.2. üçüncü abzas ləğv edilsin;

4.3. beşinci abzasa “Qanunun” sözündən sonra “3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 8-1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin altıncı hissəsində,” sözləri əlavə edilsin;

4.4. on dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 1-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında və 8-ci maddəsinin üçüncü hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;”.

***

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Tarix
2023.02.08 / 14:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla