Ana səhifə Toplum |
ABB Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göstərmək istəyənlər üçün imkan yaradıb. Yardımları artıq ABB mobil vasitəsilə də etmək olar. Vəsaitlər Azərbaycanda elan edilmiş “Səninləyəm, Türkiyə” aksiyası çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülür.
Axar.az xəbər verir ki, bu məqsədlə ABB mobil tətbiqinə xüsusi bölmə əlavə edilib. Tətbiq istifadəçiləri həmin bölməyə daxil olub Türkiyədə zərərçəkənlərə istədikləri məbləğdə yardım göstərə bilərlər. ABB mobil istifadəçisi olmayanlar isə bu imkandan yararlanmaq üçün tətbiqi yükləyib qeydiyyatdan keçməlidirlər.
Zəlzələdən zərər çəkənlərə yardımları bu Türkiyə bankları vasitəsilə də köçürmək mümkündür. ABB mobil, eləcə də banklar vasitəsilə köçürmə zamanı komissiya haqqı və ƏDV tutulmur.
Xatırladaq ki, fevralın 6-da qardaş Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Hatay əyalətlərində böyük dağıntılara və insan tələfatına səbəb olub. Zəlzələdən zərər çəkənlərin müxtəlif ehtiyaclarının qarşılanması üçün ən kiçik yardımın da indiki çətin günlərdə qardaş Türkiyə üçün böyük dəyəri var.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.
Tarix
2023.02.08 / 19:24
|
Müəllif
Axar.az
|