Yuxarı

Bakcell-in inanılmaz fırıldağı- XXL yalanı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakcell abunəçilərindən şirkətin onları aldatdığına dair daha bir şikayət daxil olub. Bu dəfə şikayətlər Bakcell-in "Klass XXL" taarifi ilə bağlıdır.

Bakcell bu taarifə qoşulan abunəçilərə ayda 25 manat ödəməklə 750 ölkədaxili dəqiqə, 750 ölkədaxili SMS və 750 MB internet trafiki təklif edir. Lakin abunəçilərin AzNews.az-a bildirdiklərinə görə, tarifə qoşulmaq heç də Bakcell-in reklamlarda təqdim etdiyi kimi 25 manata yox, daha bahaya başa gəlir.

Buna səbəb abunəçilərin bu tarifə qoşulmaq üçün tələb olunan şərtlərdən də əlavə bir çox şərtlərə əməl etməli olmasıdır. Belə ki, taarifə qoşulmaq üçün Bakcell-in müştəri xidmətinə müraciət edən abunəçilərə 25 manatın ödənildikdən sonra yeni tarifə keçiddə problem olmayacağı vəd edilir. Lakin pul ödənildikdən sonra yeni tarifə keçid mümkün olmur.

Müştəri xidməti ilə təkrar əlaqə zamanı yeni tarifə keçidin ancaq nömrənin dublikatının çıxartdırılacağı təqdirdə mümkün olacağı bildirilir. Halbuki tarifə keçidlə bağlı şərtlərdə belə bir qeyd olmayıb. Bakcell-in yeni şərtinin əsas pərdəarxası məqamı bundan sonra üzə çıxır.

Abonentlərin AzNews.az-a verdiyi məlumata görə, XXL tarifinə keçmək istəyən abunəçilər müştəri xidmətinə bu istəklərini bildirdikdən və pul ödəndikdən sonra onlara tamamilə fərqli nömrədən zənglər gəlir. Zəng edən şəxslər Bakcell-ə heç bir aiddiyyətlərinin olmadığını, başqa şirkəti təmsil etdiklərini bildirərək abunəçiyə həmin tarifə keçmək üçün kömək təklif edirlər.

Nömrənin dublikatını çıxartmaq üçün abunəçidən 10 manat tələb edilir. Vaxta qənaət etmək məqsədilə nömrənin dublikatının çıxarılması üçün kuryer xidməti təklif olunur ki, bunun üçün əlavə 5 manat ödəmək tələb edilir. Abunəçidən şəxsiyyət vəsiqəsinin surətini alan kuryerə 5 manat xidmət haqqı ödənilir və əlavə olaraq "hörmət" edilir.

Beləliklə bir abunəçi XXL tarifinə qoşulması üçün əlavə olaraq daha 20 manata yaxın vəsait ödəməli olur. Halbuki bu barədə Bakcell-in yeni tariflə bağlı məlumatında heç bir qeyd yoxdur. Ən maraqlısı isə Bakcell-ə heç bir aidiyyəti olmadığını iddia edən və xidmət təklif edən şirkətin XXL taarifinə qoşulmaq üçün müştəri xidmətinə müraciət edən abunəçilərlə bağlı məlumatı hardan əldə etməsidir.

Şikayətçilərin dediklərinin nə dərəcədə həqiqət olduğunu öyrənmək üçün, AzNews.az-ın əməkdaşı da həmin tarifə keçmək üçün Bakcell-ə müraciət etdikdə eyni problemlə üzləşib

Tarix
2014.01.24 / 11:08
Müəllif
Fidan
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla